21 mart 2026. Şənbə

Serbiya millisinin üzvü Azərbaycanla oyundan danışdı


Serbiya millisinin üzvü Azərbaycanla oyundan danışdı

Serbiya milli komandasının kapitanı Duşan Tadiç açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda İrlandiyanı məğlub etdikləri matç (3:2) haqda fikirlərini bildirib:

“Məşqçinin bizdən istədiyini yerinə yetirməyə çalışdıq. Cəmi 3 gün birlikdə olmuşduq. Oyunda yaxşı və pis məqamlar var idi. Mənfi tərəfləri yaxşılaşdırmağa çalışacaq”.

Tadiç, Portuqaliya ilə qarşılaşacaqları oyunla bağlı da bunları deyib:

“Oyunu həvəslə gözləyirik. Görürük ki, Avropa çempionu da Azərbaycana qarşı mübarizə apardı. Hər zaman oyunlara yüz faiz köklənməlisən. Portuqaliyada bir çox böyük adlar var. Özümüzə inanmalıyıq”.

Serbiya martın 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Azərbaycanla Bakıda qarşılaşacaq. Azərbaycan yığması ilk oyunda Portuqaliyaya 0:1 hesabıyla uduzub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb