6 may 2026. Çərşənbə

Azərbaycanla matçda hədəfimizə çatdıq - Felix


Azərbaycanla matçda hədəfimizə çatdıq - Felix

"Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik".

Corner.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Joau Felix Serbiyaya qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunu barədə danışarkən deyib.

İspaniyanın "Atletiko" (Madrid) klubunda çıxış edən 22 yaşlı hücumçu Serbiya seçməsinin yaxşı kollektiv olduğunu bildirib: "Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər".

Forvard Azərbaycan millisinə qalib gəldikləri görüşdə hədəfə çatdıqlarını söyləyib: "Həmin oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq".

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Komanda martın 27-də Serbiyanın, martın 30-da isə Lüksemburqun qonağı olacaq. Azərbaycan yığması isə növbəti oyunlarını müvafiq olaraq Qətər və Serbiyaya qarşı keçirəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb