30 iyun 2026. Çərşənbə axşamı

Bizi çətin oyun gözləyir - Qətərin baş məşqçisi


Bizi çətin oyun gözləyir - Qətərin baş məşqçisi

Futbol üzrə Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan milli komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu gün Macarıstanda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qrupda keçirəcəyimiz hər bir oyun bizim üçün əhəmiyyətlidir. Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik. Xüsusən, fiziki cəhətdən daha yaxşı təsir bağışlayırlar. Ancaq hər oyunun ssenarisi eyni olmur. Bizi çətin oyun gözləyir.

Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər bir oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda – Lüxsemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz oyuna tam hazırıq. Bu cür oyunlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də bir fürsətdir”.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat