10 avqust 2026. Bazar ertəsi

Azərbaycanla matç nəzəri olaraq asan idi, belə olmadı


Azərbaycanla matç nəzəri olaraq asan idi, belə olmadı

"Hədəfimiz və istədiyimiz qələbə qazanmaqdır".

Corner.az xəbər verir ki, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos Serbiya seçməsinə qarşı keçirəcəkləri 2022 dünya çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis rəqibə hörmət etdiklərini, lakin onlardan qorxmadıqlarını bildirib: "Serbiya millisi DÇ-2022-nin əsas mərhələsinə vəsiqə qazanmaq istəyir. Komanda yalnız əks-hücumlarda oynamır. Biz qələbə qazanmaq üçün meydanda əlimizdən gələni edəcəyik".

Portuqaliyalı baş məşqçi I turda Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub etdikləri matça da toxunub: "Nəzəri olaraq, Azərbaycanla qarşılaşma asan idi, praktikada belə olmadı".

Qeyd edək ki, bu gün keçiriləcək Serbiya - Portuqaliya matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat