10 avqust 2026. Bazar ertəsi

Hamı Azərbaycanla matçda fərqli nəticə gözləyirdi


Hamı Azərbaycanla matçda fərqli nəticə gözləyirdi

"Azərbaycanla matçda vacib qələbə qazandıq. İndi isə Serbiya ilə üz-üzə gələcəyik. Rəqib fiziki cəhətdən güclü komandadır".

Corner.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Bernardo Silva Serbiya seçməsinə qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

"Mançester Siti"də çıxış edən 27 yaşlı yarımmüdafiəçi hər görüşdə məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib: "Portuqaliyalılar Azərbaycanla matçda fərqli nəticə gözləyirdi. Əsas qələbə qazanmaqdır. Həmin qarşılaşmada qapıya kifayət qədər zərbə vurduq, lakin rəqibi 1:0 hesabı ilə üstələdik".

Qeyd edək ki, bu gün keçiriləcək Serbiya - Portuqaliya matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat