6 may 2026. Çərşənbə

Qətər millisinin baş məşqçisindən qələbə şərhi


Qətər millisinin baş məşqçisindən qələbə şərhi

Futbol üzrə Qətər milli komandasının baş məşqçisi Feliks Sançes Macarıstanın Debretsen şəhərində Azərbaycan yığmasına qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.

Corner.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi. Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. Bu, 3 gündən bir keçirilən oyunlarda çox önəmlidir.

Oyun 90 dəqiqədir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu, oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq. Çox çətin oyunda geri dönüş etməyi bacardıq”.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb