6 may 2026. Çərşənbə

Türkiyədən növbəti qələbə, Portuqaliya'dan heç-heçə


Türkiyədən növbəti qələbə, Portuqaliya'dan heç-heçə

Bu gün keçirilən 10 oyunla 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində II turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, qarşılaşmalar A, E, G və H qruplarına təsadüf edib. 

Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünə çıxdığı A qrupunda şərikli liderlər Serbiya ilə Portuqaliya qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. İrlandiya  öz meydanında Lüksemburqla üz-üzə gəlib. Lüksemburq yığması bu oyundan minimal hesabla qalib ayrılıb.

 E qrupunda Çexiya və Belçika növbəti, Belarusla Estoniya ilk xal üçün üz-üzə gəliblər. Çexiyadakı oyunda heç-heçə qeydə alınıbsa, Belarusda meydan sahibləri inamlı qələbə qazanıb.

Seçmə mərhələyə Niderland üzərində inamlı qələbə ilə başlayan Türkiyə səfərdə Cəbəllütariqə darmadağınla qalib gəlmiş Norveçlə qarşılaşıb. Oyun Norveçdə koronavirusla əlaqədar səfər məhdudiyyəti üçün İspaniyanın Malaqa şəhərində baş tutub. Türkiyə millisi bu oyunda darmadağınla qalib gəlib. G qrupunda Monteneqro - Cəbəllütariq və Niderland - Latviya matçları da keçirilib. Hər iki oyunda meydan sahibləri qalib gəlib.

H qrupunda açılış oyunu ilk turu qələbə ilə başa vurmuş Rusiya və Sloveniya yığmaları arasında təşkil edilib. Ruslar bu oyundan çətin qələbə qazanıb. Eyni zamanda Xorvatiya Kipri, Slovakiya isə Maltanı sınağa çəkib. Xorvatlar minimal hesabla qələbə qazanıbsa, Slovakiyada heç-heçə qeydə alınıb.

DÇ-2022
Seçmə mərhələ
II tur, 27 mart

A qrupu
Serbiya - Portuqaliya - 2:2
Qollar: Mitroviç, 46. Kostiç, 60 – Jota, 11; 36.
İrlandiya - Lüksemburq - 0:1
Qol: J.Rodriqes, 85.
Serbiya - 3, Portuqaliya - 3, Lüksemburq - 0 (oyun keçirməyib), İrlandiya - 0, Azərbaycan - 0

E qrupu
Belarus - Estoniya  - 4:2
Qollar: Lisakoviç, 45; 84; Kendiş, 64; Savitski, 81  - Anter, 31; 55
Çexiya - Belçika - 1:1
Qollar: Provod, 50 – Lukaku, 60.
Çexiya - 3, Belçika - 3, Belarus - 0 (oyun keçirməyib), Uels - 0, Estoniya - 0

G qrupu
Monteneqro - Cəbəllütariq - 4:1
Qollar: Begiray, 26; Simiş, 43; Tomaşeviç, 53; Yovetiç, 80 - Stuçe, 30

Norveç - Türkiyə - 0:3
Qollar: Ozan Tufan, 4; 59; Söyünçü, 28

Niderland – Latviya - 2:0
Qollar: Berghuis, 32; de Yonq, 69
Norveç - 3, Türkiyə - 3, Monteneqro - 3, Latviya - 0, Niderland - 0, Cəbəllütariq - 0

H qrupu
Rusiya - Sloveniya - 2:1
Qollar: Dzyuba, 26; 35 - İliçiç, 36

Xorvatiya - Kipr - 1:0
Qol: Pasaliç, 40
Slovakiya - Malta - 2:2
Qollar: Ştreleç, 49. Şkrinyar, 53 – Qambin, 16. Satariano, 20.
Rusiya - 3, Sloveniya - 3, Slovakiya - 1, Kipr - 1, Xorvatiya - 0, Malta - 0.

 







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb