- Avropa çempionatı
- 15:35 16.11.2025
DÇ-2022-nin seçmə mərhələsində bu gün Rumıniya ilə qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, yığmanın müdafiəçisi Niklas Süle sıradan çıxıb. Bu barədə Almaniya millisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi zədə səbəbiylə yığmanın düşərgəsini tərk edib.
Qeyd edək ki, bu gün keçiriləcək Rumıniya – Almaniya matçı saat 22:45-də start götürəcək.