- Avropa çempionatı
- 15:35 16.11.2025
DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Serbiya – Portuqaliya matçında (2:2) mübahisəli epizod baş verib.
Corner.az xəbər verir ki, görüşün baş hakimi Danni Makkeli 90+3-cü dəqiqədə Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun qolunu qeydə almayıb. Ronaldonun vurduğu zərbə nəticəsində top qapı xəttini keçsə də, hakim bunu qol olaraq qeydə almayıb.
Ronaldo hakimin qolu saymamasına etiraz olaraq, kapitanlıq sarğısını yerə tullayıb. Matçdan sonra Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos baş hakim Makkelinin epizodun təkrarına baxdıqdan sonra onlardan üzr istədiyini bildirib.

