- Avropa çempionatı
- 15:35 16.11.2025
Serbiya milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Portuqaliya ilə qarşılaşıb.
Corner.az xəbər verir ki, 2:2 hesabıyla bitən qarşılaşma serbiyalı futbolçu Aleksander Mitroviç üçün rekordla əlamətdar olub. Belə ki, 26 yaşlı hücumçu komandasının ilk qolunu vuraraq, yığmadakı qollarının sayını 39-a çatdırıb. Mitroviç bununla da, millidə ən çox qol vuran futbolçu ünvanına sahib olub.
Serbiya milli komandasının əvvəlki bombardiri 38 qolla Stepan Bobek idi.