- Avropa çempionatı
- 15:35 16.11.2025
Almaniya millisinin futbolçusu Toni Kroosun yığmadakı karyerasını bitirəcəyi vaxt məlum olub.
Corner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi AÇ-2020-dən sonra milli karyerasını sonlandıracaq. Bu barədə “Bild” nəşri məlumat yayıb.
“Real” klubunda çıxış edən Kroos Almaniya milisi ilə 101 oyunda 17 qol vurub.