24 oktyabr 2024. Cümə axşamı

De Byazi komandanı kökləmək üçün bütün qüvvəsini sərf edəcək


De Byazi komandanı kökləmək üçün bütün qüvvəsini sərf edəcək

"Həftədə üç oyun keçirmək çətindir. Bu səbəbdən, nəticəni barədə proqnoz vermək düzgün olmaz. Əlbəttə, mənim istəyimdən xəbərdarsınız, lakin Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi komandanı taktiki cəhətdən kökləmək üçün bütün qüvvəsini sərf edəcək".

Corner.az xəbər verir ki, bu fikirləri "Sabah" klubunun qapıçısı Saşa Stamenkoviç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl "Sport.blic.rs" nəşrinə açıqlamasında deyib.

36 yaşlı qolkiper Azərbaycan yığmasının Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları matçdakı strategiya ilə Serbiya önünə çıxacağına əmin olduğunu bildirib: "Bir çox yığmalarda ilk 15-20 dəqiqə ərzində problem olur. Bu, oyunun vacib periodu sayılır. Millinin heyətində mənim çıxış etdiyim klubdan 6 oyunçu var. Həm onlar, həm də digərləri üçün Serbiyaya qarşı yaxşı oynamaq və bununla da ilk iki oyundakı məğlubiyyətin günahını yumaq çox vacibdir".

Stamenkoviç Serbiyanın ilk iki turda yaxşı nəticəyə nail olduğunu sözlərinə əlavə edib: "Bundan əlavə baş məşqçi Draqan Stoykoviçin seçimlərini nəzərə alsaq, komanda oyunları yüksək səviyyədə keçirib. Yığmanın komanda oyunu sərgiləməsini çox bəyənirəm. Uzun müddətdən sonra heyətdə təkcə 11 futbolçu yox, ehtiyatda heç də az əhəmiyyət daşımayan oyunçular yer alıb. Bütün oyunçular özlərini komandaya tabe ediblər və nəticəyə görə onlardan hansınısa fərqləndirmək ədalətsiz olar".

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır