5 dekabr 2025. Cümə

Levandovski İngiltərə millisinə qarşı oynamayacaq


Levandovski İngiltərə millisinə qarşı oynamayacaq

Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski sıradan çıxıb.

Corner.az Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Andorra yığmasını 3:0 hesabı ilə məğlub etdikləri DÇ-2022-nin seçmə mərhələ oyununda sağ diz bağlarından xəsarət alan 32 yaşlı hücumçunun təqribən 10 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Levandovski bu səbəbdən İngiltərə ilə matçda çıxış edə bilməyəcək.

Qeyd edək ki, martın 31-də Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Polşa görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb