5 dekabr 2025. Cümə

Türkiyə millisinə 3 yeni futbolçu cəlb olundu


Türkiyə millisinə 3 yeni futbolçu cəlb olundu
DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində sabah Latviya yığması ilə qarşılaşacaq Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.
 
Corner.az xəbər verir ki, Dorukhan Toköz, Cenk Tosun, Kaan Ayhan və Emre Kılınç heyətdən çıxarılıb.
 
Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. Onların heyətdən çıxarılmasının səbəbi açıqlanmasa da, bunun koronavirusla əlaqədar olduğu vurğulanıb. Ötən gün TFF 3 futbolçunun COVİD-19 testinin müsbət çıxdığını da açıqlamışdı.
TFF-nin bu gün yaydığı digər məlumata görə, baş məşqçi Şenol Güneş heyətdən çıxarılan futbolçuların əvəzində milliyə 3 yeni oyunçu cəlb edib. Belə ki, o, “Göztəpə”dən Alpaslan Öztürkə, “Altınordu”dan Enis Destana və “Antalyaspor”dan Bünyamin Balcıya dəvət göndərib.
 
Qeyd edək ki, Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Niderland və Norveçlə oyunlarından əvvəl də İrfan Can Kahveci, Nazım Sanqare, Merih Demiral və Zeki Çelik koronavirusa görə heyətdən kənarlaşdırılmışdı.
 
Xatırladaq ki, Türkiyə - Latviya matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb