21 mart 2026. Şənbə

Ronaldonun meydanı tərk etməsi qəbuledilməz idi - Del Pyero


Ronaldonun meydanı tərk etməsi qəbuledilməz idi - Del Pyero

“Yuventus”un keçmiş hücumçusu Alesandro Del Pyero Turin klubunun portuqaliyalı futbolçu Kriştiano Ronaldonu DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda qolunun qeydə alınmamasına verdiyi reaksiyasına görə tənqid edib.

Corner.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

“Bu, həddindən artıq kəskin reaksiya idi. Özünü belə aparmaq düz deyil. Sən əsəbləşə, bu barədə danışa bilərsən, hakim mövzusunu qaldıra bilərsən, bu, təbii haldır. Amma komanda kapitanı, milyonlarla pərəstişkarı olan Ronaldu kimi futbolçu üçün sarğını yerə atmaq, meydanı tərk etmək qəbuledilməzdir”, - Del Pyero deyib.

Xatırladaq ki, Serbiya və Portuqaliya komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin 2-cı turunun oyununda hesab 2:2 olarkən, 36 yaşlı Kriştianu Ronaldu komandasının üçüncü qolunu vurub, amma hakimlər müdafiəçinin topu xətdən çıxardığını güman edərək, qolu hesaba almayıblar. Özündən çıxan Ronaldu kapitan sarğısını yerə atıb və meydanı vaxtından əvvəl tərk edib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb