14 may 2026. Cümə axşamı

Lüksemburq yığması Azərbaycana bənzəmir - Santos


Lüksemburq yığması Azərbaycana bənzəmir - Santos

"Bu komandanın Azərbaycanla oxşarlığı yoxdur. Lüksemburq bizimlə qarşılıqlı mübarizə aparacaq. Yaxşı müdafiə olunmağa çalışacaq və keyfiyyətli hücumlar quracaqlar".

Corner.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos Lüksemburqa qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis bildirib ki, rəqibi Azərbaycan seçməsi kimi müdafiədən çıxmağa qoymamalıdırlar: "Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadır. Bu, müdafiə oyunu sərgiləyən kollektiv deyil. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə yendikləri görüşdə göstərdilər. Bu oyunun çətinliklərini bilirik, ancaq qələbə qazanmağa hazırıq".

Qeyd edək ki, bu gün keçiriləcək Lüksemburq - Portuqaliya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. A qrupunun digər oyunun Azərbaycan Serbiyanı qəbul edəcək. Həmin görüşə saat 20:00-da start veriləcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb