6 may 2026. Çərşənbə

Ronaldonun kapitanlığı əlindən alınacaq? – Açıqlama


Ronaldonun kapitanlığı əlindən alınacaq? – Açıqlama

Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda hakimin səhv qərarına etiraz olaraq kapitanlıq sarğısını yerə atan Kriştiano Ronaldo ilə bağlı danışıb

Corner.az xəbər verir ki, “Publico” nəşrinə danışan Santos, Ronaldonun yığmanın kapitanı olmağa davam edəcəyini deyib:

“Bəli, Ronaldo kapitanımız olaraq qalır. Hər kəs Ronaldonun portuqallar üçün necə önəmli biri olduğunu bilir. O, millinin məşqçilərini, federasiyanı, komanda yoldaşlarını incitmiş olsaydı, nəsə düşünmək olardı. Ronaldo bunların heç birini etməyib. Həmin an çox məyus olmuşdu və bu, hər kəsin başına gələ bilər. Ronaldo həm meydanda, həm də meydandan kənarda bizim üçün çox önəmlidir”.

Qeyd edək ki, Ronaldonun Serbiya ilə matçın son dəqiqəsində vurduğu top qapı xəttini keçsə də, qol olaraq qeydə alınmamışdı. 36 yaşlı hücumçu bu qərara etiraz olaraq kapitanlıq sarğısını yerə atmışdı.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb