26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan millisi bizə qarşı da müdafiədən oynayacaq - Neftçi'nin legioneri


Azərbaycan millisi bizə qarşı da müdafiədən oynayacaq - Neftçi'nin legioneri

"Serbiya millisinin düşərgəsində atmosfer əladır. Biz qələbə qazanmalıyıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Voyislav Stankoviç "zurnal.rs" saytına müsahibəsində bu gün Azərbaycan və Serbiya yığmaları arasında keçiriləcək DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.

33 yaşlı müdafiəçi bildirib ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv seçmə mərhələdə maksimum xal toplamağa çalışacaq: "Bu komandanın planı bəllidir: güclüləri təəccübləndirmək, özləri ilə eyni səviyyədə olanları məğlub etmək. Portuqaliya yığmasına qarşı son dərəcə müdafiəyəmeylli oynadılar. Avropa çempionları onlara hücum etməyə imkan vermədi. Serbiyanı da eyni vəziyyət gözləyir. Müdafiədən oynayıb, əks-hücumlara bel bağlayacaqlar".

Serbiyalı oyunçu "Neftçi"dən yığmaya dəvət olunmuş komanda yoldaşlarının oyun keyfiyyətlərindən söz açıb: "Anton Krivotsyuk sol cinah müdafiəçisidir. İstedadlı oyunçudur. Emin Mahmudov uzun illər Rusiyada çıxış edib. Keyfiyyətli futbolçudur. Namik Ələskərov isə hazırda 14 qolla Premyer Liqanın bombardiridir. Hücumda və cinahlarda oynaya bilir".

Stankoviç Premyer Liqada 42 xalla turnir cədvəlinə başçılıq edən komandasının çempionluq şanslarını da dəyərləndirib. Təcrübəli oyunçu uğur qazanacaqlarına inandığını söyləyib: "Çempionatın sonuna 8 tur qalıb. Hazırda ilk pillədəyik. "Qarabağ"la xallarımız eynidir. "Neftçi" uzun müddətdir çempion ola bilmir. Bu seriyanı qırmağa çalışırıq. Bəlkə də hər şey son turda həll olunacaq. Çünki əsas rəqibimizlə qarşılaşacağıq. Ümid edirəm ki, çempion biz olacağıq".

2019-cu ildən "Neftçi"də çıxış edən futbolçu həmin dövrdə klubun büdcəsinin daha çox olduğunu vurğulayıb: "İnter" və "Qəbələ"dən sonra "Neftçi"yə keçdim. Həmin vaxt komanda xüsusilə büdcə planında daha güclü, legionerlər çox idi. Buna baxmayaraq, yenə komandada səviyyəli legionerlər var".

Stankoviç hazırda "Sabah"ın formasını geyinən həmyerlisi Saşa Stamenkoviçlə tez-tez görüşdüyünü bildirib. O, 36 yaşlı qapıçının son illər Azərbaycan çempionatının ən yaxşıları arasında olduğunu söyləyib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb