6 may 2026. Çərşənbə

Bavariya'da Levandovski şoku


Bavariya'da Levandovski şoku
DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Polşa - Andorra matçında zədələnən Robert Levandovski bir ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Corner.az xəbər verir ki, bu barədə “Bavariya” klubunun mətbuat xidməti məlumat yayıb.
 
Münhen klubu 32 yaşlı forvardın ətraflı tibbi müayinədən keçdiyini və onun diz bağlarında gərilmə aşkarlandığını açıqlayıb. Polşalı futbolçunun zədə səbəbindən azı bir ay yaşıl meydanlarda olmayacaq.
 
Qeyd edək ki, Polşa yığması sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə İngiltərə ilə qarşılaşacaq. Levandovski həm bu matçı, həm də “Bavariya”nın Çempionlar Liqasındakı vacib oyunlarını buraxmalı olacaq.
 
Əlavə ki, polşalı futbolçu Andorraya 3:0 hesabıyla qalib gəldikləri qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb