26 noyabr 2024. Çərşənbə axşamı

Müdafiəni yarmaq çox çətin idi - Mitroviç


Müdafiəni yarmaq çox çətin idi - Mitroviç

"Hər oyuna ayrıca yanaşırıq. Əsas qələbə qazanmaqdır".

Corner.az-ın məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Aleksandar Mitorviç Bakıda Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.

27 yaşlı hücumçu matçın psixoloji baxımdan gərgin keçdiyini bildirib: "Yaxşı ki, sonda 3 xalı qazanmağı bacardıq. Paltardəyişmə otağında fantastik atmosfer var idi. Əmin addınlarla irəliləyirik. Bununla kifayətlənməyəcəyik".

Vurduğu 2 qolla komandasına qələbə qazandıran İngiltərə "Fulhem"inin forvardı 10 gün ərzində 3 görüş keçirməyin asan olmadığını vurğulayıb: "Bakıya favorit kimi gəlmişdik. Belədə meydana daha rahat çıxırsan. Bəlkə də erkən qol vurmasaydıq, vəziyyət gərginləşərdi. Oyun yaxşı keçdi. Rəqib müdafiəsini yarmaq çox çətin idi. Amma əsas odur ki, öz işimizi gördük və evə 7 xalla qayıdırıq"(report)







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb