10 avqust 2026. Bazar ertəsi

Frank De Bur Cəbəllütariqi anti-futbol oynamaqda günahlandırdı


Frank De Bur Cəbəllütariqi anti-futbol oynamaqda günahlandırdı

"Bu, anti-futboldur. Yeddi qol vurmağımızdan razı qaldım, amma hər dəfə futbolçularımız rəqibin oyunçularına toxunanda onlar yerə yıxılırdılar".

Corner.az-ın məlumatına görə, bu fikirləri Niderland yığmasının baş məşqçisi Frank De Bur səfərdə Cəbəllütariq yığmasına 7:0 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə oyunundan sonra deyib.

51 yaşlı mütəxəssis rəqibin belə oynayacağını gözlədiyini sözlərinə əlavə edib: "Bu, sadəcə bezdiricidir. Qapıçı az qala topu oyuna bir dəqiqəyə daxil edir. Şadam ki, oyun başa çatdı".

Qeyd edək ki, Niderland seçməsi 3 oyundan sonra G qrupunda 6 xalla ikinci sıradadır. Qrupa 7 xalla Türkiyə yığması başçılıq edir.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat