7 may 2026. Cümə axşamı

Kroos dünya çempionatının boykotunu dəstəklədi


Kroos dünya çempionatının boykotunu dəstəklədi

Almaniya millisinin futbolçusu Toni Kroos 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının mümkün boykotuna münasibət bildirib.

Corner.az-ın məlumatına görə, "Deutsche Welle" nəşrinə açıqlama verən 30 yaşlı yarımmüdafiəçi mundialın boykot edilməsinə dəstək ifadə edib.

Kroos bildirib ki, problemlərə diqqət yetirmək vacibdir: "Bəlkə də bunu DÇ-2022-dən əvvəl və yarış zamanı etmək lazımdır. Bu, vəziyyəti yaxşılaşdıra bilər. Qətərdəki yarışın ləğv edilməməsini səhv hesab edirəm. Ancaq mundialın boykot edilməsi barədə müzakirə gecikmə ilə başladı. Qətər futbol ölkəsi deyil, bu səbəbdən, dünya çempionatının orada keçirilməsi məntiqsizdir".

"Real"ın oyunçusu bildirib ki, bir çox işçi turnirə görə 50 dərəcə istidə fasiləsiz çalışmalı olur: "Yetərincə suya və yeməyə sahib deyillər, işçilərə qarşı şiddət tətbiq edilir. Hələ iş şəraiti ayrıca məsələdir. Lakin başqa məqam da var: Homoseksualizm Qətərdə cinayətdir və onlar mühakimə edilir".

Qeyd edək ki, daha əvvəl Pakistan, Nepal, Banqladeş və Şri-Lankadan olan 6700-dən çox miqrant 2010-cu ilin dekabrından DÇ-2022-nin inşaat sahələrində həyatını itirib.Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda baş tutmalıdı. 







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb