- Avropa çempionatı
- 15:35 16.11.2025
Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura yekun vurulub.
Corner.az xəbər verir ki, B, C, D, F, I və J qrupları üzrə daha 15 qarşılaşma baş tutub.
B qrupunda yer alan İspaniya yığması Kosovo ilə qarşılaşıb və inamlı qələbə qazanıb. Gürcüstan millisi səfərdə Yunanıstanla heç-heçəyə razılaşıb.
İtaliya yığması səfərdə Litva üzərində inamlı qələbə qazanıb. Şimali İrlandiya isə Bolqarıstanla heç-heçəyə Nail olub.
D qrupunda Fransa yığması səfərdə Bosniya və Herseqovinanın qonağı olub və minimal hesabla qalib gəlib. Ukrayna isə Qazaxıstanla oyundan 1 xalla ayrılıb.
F qrupunda Avstriya Danimarkanı, Moldova İsraili, Şotlandiya Farer adalarını qəbul edib. Şotlandlar evdə, İsraillə Danimarka isə səfərdə darmadağınla qalib gəlib.
İlk iki oyunundan qalib ayrılan İngiltərə yığmasını bu dəfə Polşa ilə ev oyununda inamlı qələbə qazanıb. Qrupun digər oyunlarına gəlincə, Andorra Macarıstanla, San Marino Albaniya ilə qarşılaşıb. Hər iki oyunda autsayderlər doğma meydanda məğlubiyyətə üzləşiblər.
J qrupunda Almaniya yığması Şimali Makedoniyanı sınağa çəkib və gözlənilməz şəkildə məğlub olub. Ermənistan doğma meydanda Rumıniyaya qalib gəlibsə, Lixtenşteyn İslandiyaya məğlub olub.
DÇ-2022-nin seçmə mərhələsi
31 mart
B qrupu
İspaniya – Kosovo 3:1
Qol: Olmo, 34. Torres, 36. Moreno, 75 – Halimi, 70.
Yunanıstan – Gürcüstan 1:1
Qol: Kakabadze, 76-öz qapısına – Kvaratsxeliya, 78.
İspaniya – 7, İsveç – 6, Yunanıstan – 2, Gürcüstan – 1, Kosovo – 0.
C qrupu
Litva – İtaliya 0:2
Qol: Sensi, 47. İmmobile, 90+4-pen.
Şimali İrlandiya – Bolqarıstan 0:0
İtaliya – 9, İsveçrə – 6, Bolqarıstan – 1, Şimali İrlandiya – 1, Litva – 0.
D qrupu
Bosniya və Herseqovina – Fransa 0:1
Qol: Qrizmann, 60.
Ukrayna – Qazaxıstan 1:1
Qol: Yaremçuk, 20 – Mujikov, 59.
Fransa – 7, Ukrayna – 3, Finlandiya – 2, Bosniya və Herseqovina – 1, Qazaxıstan – 1
F qrupu
Avstriya – Danimarka 0:4
Qol: Olsen, 58; 74. Mehle, 63. Hoybyerq, 67.
Moldova – İsrail 1:4
Qol: Karp, 29 – Zahavi, 45+2. Solomon, 57. Dabbur, 64. Natxo, 66.
Şotlandiya – Farer adaları 4:0
Qol: Makqinn, 7; 53. Adams, 60. Freyzer, 70.
Danimarka – 9, Şotlandiya – 5, Avstriya – 4, İsrail – 4, Farer adaları – 1, Moldova – 1.
İ qrupu
Andorra – Macarıstan 1:4
Qol: Puyol, 90+2-pen – Fiola, 45+2. Qazdaq, 51. Kleynhaysler, 58. Neqo, 90.
İngiltərə – Polşa 2:1
Qol: Keyn, 19-pen. Maquayr, 85 – Moder, 58.
San Marino – Albaniya 0:2
Qol: Manaj, 63. Uzuni, 85.
İngiltərə – 9, Macarıstan – 7, Albaniya – 6, Polşa – 4, Andorra – 0, San Marino – 0
J qrupu
Ermənistan – Rumıniya 3:2
Qol: Spertsyan, 56. Haroyan, 87. Barseqyan, 89 – Çikaldau, 62; 72.
Almaniya – Şimali Makedoniya 1:2
Qol: İ.Gündoğan, 83-pen – Pandev, 45+2. Elmas, 85.
Lixtenşteyn – İslandiya 1:4
Qol: Frik, 79 – Saevarsson, 12. Byarnason, 45+1. Pallson, 77. Siquryonsson, 90+2-pen.
Ermənistan – 9, Almaniya – 6, Şimali Makedoniya – 6, Rumıniya – 3, İslandiya – 3, Lixtenşteyn – 0.