- Avropa çempionatı
- 15:35 16.11.2025
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali Makedoniyaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis, 1:2 hesabı ilə uduzduqları görüşü belə şərh edib:
“Çox böyük xəyal qırıqlığı yaşayırıq. Bir az yorğunluğumuz var idi. Çox səhv etdik. Daha sürətli oynaya bilsəydik, təhlükəli ola bilərdik. Rəqibimizi üstələyə bilmədik və xəyal qırıqlığı yaşayaraq, oyunu tamamladıq”.