5 dekabr 2025. Cümə

Liverpul'un futbolçusu rəqib komandaya hücum etdi


Liverpul'un futbolçusu rəqib komandaya hücum etdi

21 yaşadək futbolçulardan ibarət Xorvatiya və İngiltərə yığmaları arasındakı Avropa çempionatının qrup oyununda insident yaşanıb.

Corner.az-ın məlumatına görə, İngiltərə millisinin heyətində Körtis Cons qarşılaşma başa çatandan sonra rəqib futbolçulara hücum edib.

Matçın ardından xorvatlar növbəti mərhələyə yüksəldikləri üçün sevinməyə başlayıblar. Bunu həzm edə bilməyən "Liverpul"un 20 yaşlı yarımmüdafiəçisi rəqib komandaya tərəf qaçıb. Yoldaşları əvvəlcə onu saxlaya bilməsələr də, sonradan böyük münaqişənin qarşısı alınıb. Baş hakim gənc oyunçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, qarşılaşma Xorvatiyanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşsa da, İqor Bişçanın baş məşqçi olduğu komanda top fərqinə görə növbəti mərhələyə yüksəlib. Hər iki yığma III qrupu 3 xalla başa vurub.

Oyun vaxtı Körtis Cons burnundan xəsarət alıb. Onun burnu qanayıb.(report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb