Futbol üzrə İtaliya milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Litvaya qalib gəlib – 2:0.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qələbə matçı İtaliya yığmasının baş məşqçisi Roberto Mançini üçün rekordla əlamətdar olub.
56 yaşlı mütəxəssis İtaliya yığması ilə 21-ci qalibiyyətini qazanıb. Təcrübəli mütəxəssis bu göstəriciyə 30 oyunda nail olub. Mançini İtaliya millisi ilə 21 qələbəyə ən tez çatan baş məşqçi olub.
İtaliya yığması DÇ-2022-nin seçmə mərhələsinin C qrupunda 3 oyuna 9 xal qazanaraq liderdir.