5 dekabr 2025. Cümə

Türkiyə millisində daha bir yoluxma


Türkiyə millisində daha bir yoluxma

Türkiyə millis komandasında koronavirusa yoluxanların sayı 13-ə çatıb.

Corner.az-ın məlumatına görə, son olaraq "Fortuna"nun futbolçusu Kenan Karamanın testinin nəticəsi müsbət çıxıb.

Klub 27 yaşlı hücumçunun yığmanın toplanışından qayıtdıqdan sonra evində karantinə alındığını açıqlayıb.

Daha əvvəl İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç virusa yoluxduqları üçün heyətdən çıxarılıblar. Digər 4-nün adı isə açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunlar üçün ümumilikdə 32 futbolçuya dəvət göndərmişdi.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb