6 may 2026. Çərşənbə

Daha bir ölkə azarkeşlərlə bağlı UEFA-ya təminat verdi


Daha bir ölkə azarkeşlərlə bağlı UEFA-ya təminat verdi

AVRO-2020-nin İtaliyanın paytaxtı Romada keçiriləcək oyunlarına azarkeşlər buraxılacaq.

Corner.az-ın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yerli qurumun rəsmi saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı yerli hökumətdən razılıq alınıb.

Funksioner oyunlar zamanı tribunada Olimpiya Stadionunun ümumi azarkeş tutumunun (72 000 tamaşaçı) 25 faizi qədər tamaşaçı olacağını bildirib. Bu isə o deməkdir ki, hər qarşılaşmada 18 000 fanat iştirak edəcək.

Daha əvvəl Bakı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı təminat verib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb