30 iyun 2026. Çərşənbə axşamı

Ronaldo'nun qolunu saymayan hakim Avro-2020-dən kənarda qaldı


Ronaldo'nun qolunu saymayan hakim Avro-2020-dən kənarda qaldı

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun vurduğu qolu qeydə almayan yan xətt hakimi Mario Diks cəzalandırılıb.

Corner.az-ın məlumatına görə, onun adı AVRO-2020-nin matçlarına təyinat alan referi Danni Makkelinin başçılıq etdiyi hakimlər briqadasından çıxarılıb.

Diksin əvəzinə Avropa çempionatına Yan de Fris aparılacaq.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Ronaldonun zərbəsindən sonra top qapı xəttini keçsə də, Diks qol qərarını verməyib. 







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat