6 may 2026. Çərşənbə

Ronaldo AVRO-2020-də tarixə düşə bilər


Ronaldo AVRO-2020-də tarixə düşə bilər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatları tarixində ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.

Corner.az-ın məlumatına görə, siyahının ilk iki pilləsində Fransa yığmasının sabiq üzvü Mişel Platini və hazırda "Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.

Hər iki oyunçu 9 qolla Avropa çempionatları tarixinin bombardiridir. Platini bütün qollarını 1984-cü ildə meydanda olduğu 5 görüşdə vurub. Ronaldu isə 2004-cü ildə 2, 2008-ci ildə 1, 2012 və 2016-cı ildə 3 dəfə fərqlənib.

"3-lüy"ü İngiltərə seçməsinin sabiq forvardı Alan Şirer qapayır. 51 yaşlı keçmiş oyunçu 1996-cı ildə 5 qol, 4 il sonra isə 2 qol vurmağa nail olub.

Karyerasını davam etdirən oyunçulardan Antuan Qrizmann və Zlatan İbrahimoviç 6 qolla 4 - 9-cu yerləri bölüşdürür.

Ronaldo bu ilin yayında keçiriləcək Avropa çempionatında turnirin tarixinə düşə bilər. Qrizmann ilə müqayisədə portuqaliyalı oyunçunun bombardirlər siyahısında lider olacağı daha realdır.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb