- Avropa çempionatı
- 11:12 05.11.2024
"Real"ın prezidenti Florentino Peres Avropa Super Liqasında iştirak edəcək futbolçuların beynəlxalq turnirlərdən kənarlaşdırılmayacağını söyləyib.
Corner.az-ın məlumatına görə, Superliqanın da prezidenti olan 74 yaşlı funksioner oyunçuların Avropa və dünya çempionatlarında iştirak edə biləcəklərini vurğulayıb.
Peres bununla bağlı zəmanət verdiyini də sözlərinə əlavə edib: "Bütün Superliqa klublarının futbolçuları AVRO-2020 və DÇ-2022-dən kənarlaşdırılmayacaq. Buna 100 faiz əmin ola bilərlər. Superliqa klubları milli liqalardan da kənarlaşdırılmayacaqlar".
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.
"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.