6 may 2026. Çərşənbə

Avropa çempionatı daha bir şəhərdən alındı


Avropa çempionatı daha bir şəhərdən alındı

İrlandiyanın paytaxtı Dublin AVRO-2020-nin oyunlarına ev sahibliyi hüququndan məhrum edilib.

Corner.az-ın məlumatına görə, bu barədə Polşanın "PolsatSport" nəşri xəbər yayıb.

Bildirilib ki, Dublində keçirilməli olan matçlar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub. Rəsmi açıqlamanın aprelin 23-də veriləcəyi vurğulanıb.

Daha əvvəl İspaniyanın Bilbao şəhərinin AVRO-2020-yə ev sahibliyi etməyəcəyi dəqiqləşib. Qitə çempionatı Almaniyanın Münhen şəhərindən də alına bilər.

Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.(report)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb