10 avqust 2026. Bazar ertəsi

UEFA prezidentindən AVRO-2020 açıqlaması


UEFA prezidentindən AVRO-2020 açıqlaması

"Oyunların təhlükəsizliyini və bayram əhval-ruhiyyəsində keçməsini təmin etmək üçün təşkilatçı şəhərlər və yerli hakimiyyət orqanları ilə birlikdə səylə çalışdıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin AVRO-2020 ilə bağlı açıqlamasında deyib.

Sloveniyalı funksioner qitədə milli futbol bayramını qeyd etmək üçün bütün oyunlara tamaşaçıların buraxılacağından məmnunluğunu bildirib.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat