5 dekabr 2025. Cümə

Giqqzin Bakıya gəlməyəcəyi dəqiqləşdi


Giqqzin Bakıya gəlməyəcəyi dəqiqləşdi

Britaniya polisi Uels millisinin baş məşqçisi Rayan Giqqzlə bağlı ittiham irəli sürüb.

Corner.az "Reuters"ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis məişət zorakılığında günahlandırılır. Veteran futbolçu 2017 - 2020-ci illər arasında hələlik adı açıqlanmayan şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin şəxslərdən birinin Giqqzin sevgilisi olduğu güman edilir. Hətta baş məşqçi ötən ilin payızında bu hadisəyə görə saxlınılsa da, sonradan girov müqavilində zaminə buraxılıb.

Məhkəmə iclası aprelin 28-də keçiriləcək.

Vəziyyəti nəzərə alan Uels Futbol Assosiasiyası Rayan Giqqzlə bağlı qərarını açıqlayıb. Mütəxəssisin Avropa çempionatının oyunları zamanı komandanın sükanı arxasında olmayacağı bildirilib. Onu Robert Peyc əvəzləyəcək.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.(report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb