5 dekabr 2025. Cümə

Təxirə salınan seçmə mərhələ matçlarının vaxtı açıqlandı


Təxirə salınan seçmə mərhələ matçlarının vaxtı açıqlandı

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatının təxirə salınan seçmə oyunlarının yeni vaxtını açıqlayıb.

Corner.az "CONMEBOL"un rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar payızda gerçəkləşəcək.

Martda koronavirusa görə baş tutmayan V və VI turun matçları sentyabr, oktyabr və noyabrda olacaq. Dəqiq tarixlər daha sonra müəyyənləşəcək.

Konfederasiya VII və VIII turun isə iyunda keçiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, martdakı görüşlər bütün oyunçuları milli komandalarda vaxtında bir araya gətirmək mümkün olmadığı üçün təxirə salınıb.

Xatırladaq ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda olacaq. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb