5 dekabr 2025. Cümə

Ukrayna millisində şok itki - Avro-2020-ni buraxacaq


Ukrayna millisində şok itki - Avro-2020-ni buraxacaq

Ukraynanın “Şaxtyor” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Donetsk təmsilçisinin hücumçusu Junior Moraes zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə zədələnən Moraes azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Moraes Ukrayna milli komandasının da üzvüdür. Hücumçu zədə səbəbindən bu yay keçiriləcək AÇ-2020-ni buraxacaq.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Ukrayna yığması turnirin qrup mərhələsində Niderland, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb