5 dekabr 2025. Cümə

Lüksemburq - Azərbaycan oyunu yeni stadionda keçiriləcək


Lüksemburq - Azərbaycan oyunu yeni stadionda keçiriləcək

Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.

Corner.az xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer "Paperjam" nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, məqsədləri Lüksemburq - Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.

"Stade de Luxembourg" arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9385-dir.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb