5 dekabr 2025. Cümə

Komandaların 26 futbolçu sifariş etməsinə icazə verildi


Komandaların 26 futbolçu sifariş etməsinə icazə verildi

AÇ-2020-də iştirak edəcək milli komandaların heyətində yer alacaq futbolçuların sayı artırılıb.

Corner.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Turnirdə iştirak edəcək millilərin hər biri AÇ-2020-yə 23 yox, 26 oyunçu sifariş edə biləcək. Bununla belə, hər oyunun iştirak ərizəsində 23 futbolçu yer alacaq.

Milli komandalar heyətlərini iyunun 1-nə qədər UEFA-ya təqdim etməlidir. Ciddi zədə və ya xəstəlik olduqda, həkimdən arayış gətirməklə, ilk oyunadək iştirakçı siyahısında dəyişiklik etmək olar.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb