21 mart 2026. Şənbə

Hakimlərin geyinəcəyi formalar təqdim edildi


Hakimlərin geyinəcəyi formalar təqdim edildi

UEFA AVRO-2020-də hakimlərin istifadə edəcəyi geyim dəstlərini təqdim edib.

Corner.az xəbər verir ki, İtaliyanın "Macron" şirkətinin hazırladığı formaların dizaynında ənənəvi rənglərdən (sarı, qara, mavi və çəhrayı) istifadə edilib.

Formaların üzərində bərabərlik hissini çatdırmaq üçün sərhədlərin və maneələrin silindiyi Avropa xəritəsi əks olunub.

Geyim dəsti incə materialdan hazırlanıb və maksimum hava keçiriicilik qabiliyyətinə malikdir.

Qeyd edək ki, UEFA təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.(report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb