6 may 2026. Çərşənbə

Mançini daha 5 il İtaliya millisində


Mançini daha 5 il İtaliya millisində

 İtaliya millisi baş məşqçisi Roberto Mançini ilə müqaviləsini 2026-cı ilədək uzadıb.

Corner.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Nikolo Skira şəxsi tvitterində bildirib. O, 57 yaşlı mütəxəssisin ilinə 3 milyon avro maaş qazanacağını yazıb.

Mançini yığmaya 2018-ci ildən rəhbərlik edir. Əvvəllər o, "İnter", "Latsio", "Fiorentina" (hamısı İtaliya), "Zenit" (Rusiya), "Qalatasaray" (Türkiyə) və "Mançester Siti" (İngiltərə) komandalarını çalışdırıb.

İtaliya millisi Avropa çempionatında Türkiyə, İsveçrə və Uels milliləri ilə birgə A qrupunda çıxış edəcək. Millətlər Liqasında İspaniya ilə qarşılaşacaq "Skuadra Adzurra" 2022-ci il dünya çempionatının seçmə mərhələsində İsveçrə, Şimali İrlandiya, Bolqarıstan və Litva ilə eyni qrupda mübarizə aparır.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb