6 may 2026. Çərşənbə

Anatoli Banişevski Avropa çempionatlarının rekordçuları arasında


Anatoli Banişevski Avropa çempionatlarının rekordçuları arasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempinatları tarixində ən çox oyuna çıxmaqla rekorda imza atan futbolçuların adlarını açıqlayıb.

Corner.az-ın məlumatına görə, siyahıda Azərbaycanın əfsanəvi futbolçusu, SSRİ yığmasının və "Neftçi"nin sabiq hücumçusu Anatoli Banişevskinin adı da yer alıb.

SSRİ komandasının 3 üzvü - Valentin İvanov, Lev Yaşin və Viktor Ponedelnik AVRO-1964-ün sonuna qədər 4 oyun keçiriblər. Bu, həmin vaxt çempionatın rekordu hesab edilib.

1972-ci ildəki yarışın sonunda isə Antoli Banişevski və daha bir neçə futbolçu bu uğuru təkrarlayıb.

Daha sonra 8 oyunçunun rekordunu 1976-cı ildə Yuqoslaviyanın heyətində Draqan Caiç qırıb. Keçmiş forvard həmin vaxt Avropa çempinatlarında 5-ci oyununa çıxıb.

Hazırda oyunların sayına görə rekord Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldoya məxsusdur. O, bu vaxta qədər 21 dəfə Avropa çempionatları matçında meydanda olub. Təcrübəli oyunçu AVRO-2020-də öz rekordunu daha da təkmilləşdirə bilər.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Qeyd edək ki, Anatoli Banişevski 1968 və 1972-ci ildə SSRİ yığmasının heyətində Avropa çempionatında oynayıb. O, 1972-ci ildə komanda ilə birlikdə gümüş medal qazanıb.(report)

 








Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb