- Avropa çempionatı
- 11:12 05.11.2024
UEFA-nın SOCAR şirkəti ilə əməkdaşlığı sona çatıb.
Corner.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. “Deutschlandfunk.de” saytının xəbərinə görə, SOCAR-ın UEFA ilə əməkdaşlığına yekun vurulub. Almaniya mətbuatı, UEFA-nın SOCAR-ı AÇ-2020-nin sponsorları siyahısından çıxardığını da vurğulayıb. Buna səbəb kimi şirkətin müharibə dövründə beynəlxalq təbliğat prosesində iştirak etməsinin ehtimal edildiyi bildirilib.
Ötən ilin oktyabrında Qarabağda baş verən müharibə zamanı Ermənistan Futbol Federasiyası SOCAR-ın döyüşlər vaxtı təbliğat aparması, rəsmi sosial media səhifələrində aqressiv mesajlar verməsi iddiası ilə UEFA-ya müraciət edərək, SOCAR-la əməkdaşlığın yenidən nəzərdən keçirilməsini istəmişdi.
SOCAR 2016-cı ildə keçirilən Avropa çempionatının sponsorlarından idi. Şirkət həmin vaxt turnir üçün 90 milyon avro xərcləyib.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunu SOCAR maliyyələşdirir.