26 noyabr 2024. Çərşənbə axşamı

Şenol Güneş: Azərbaycanı öz meydanımız kimi görürük


Şenol Güneş: Azərbaycanı öz meydanımız kimi görürük

"Azərbaycan bizim üçün önəmlidir. Azərbaycanı öz meydanımız kimi görürük".

Corner.az-ın məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıda keçirəcəkləri AVRO-2020-nin oyunları barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis 2019-cu ilin dekabrında Azərbaycan paytaxtına etdiyi səfəri zamanı məşq üçün stadionları axtararkən, isti münasibət gördüyünü xatırladıb: "Oyunlara nə qədər tamaşaçının gələcəyini bilmirəm, amma bu baxımdan üstünlüyümüzün olacağını düşünürəm. Türkiyə - Azərbaycan əlaqələri son dönəmdə daha da yüksək səviyyəyə qalxıb. Meydanda bizi dəstəkləyən o azarkeşlərə yaxşı oyunla gözəl nəticələr verməyimizin gərəkliyini düşünürəm".

Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.(report)







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb