- Avropa çempionatı
- 16:00 13.04.2026
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç AÇ-2020-də iştirak edə bilməyəcək.
Corner.az İsveç Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 39 yaşlı hücumçunun zədəli olmasıdır.
İbrahimoviç İtaliya çempionatının 35-ci turunda "Yuventus"a səfərdə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.
"Bu gün İbrahimoviç Yanne Anderssona (İsveç yığmadının baş məşqçisi - red.) bildirib ki, zədəyə görə bu yay Avropa çempionatında iştirak edə bilməyəcək", - qurumun mətbuat xidmətinin açıqlamasında deyilir.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm 19 matçda 15 qol vurub.