5 dekabr 2025. Cümə

Avropa çempionatlarında bir turnirdə ən çox meydana çıxanlar açıqlandı


Avropa çempionatlarında bir turnirdə ən çox meydana çıxanlar açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir Avropa çempionatı turnirində ən çox meydana çıxan oyunçuları açıqlayıb.

Corner.az-ın məlumatına görə, siyahının ilk pilləsində Portuqaliya millisinin sabiq qapıçısı Rikardu qərarlaşıb.

45 yaşlı keçmiş qolkiper AVRO-2008-də təsnifat mərhələsi daxil olmaqla 18 görüşdə meydanda olub. O, 14 dəfə təsnifat, 4 dəfə isə final mərhələsinin oyununda forma geyinib.

İkinci sırada Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən İspaniya seçməsinin sabiq futbolçusu Andres İnyesta yer alıb. 37 yaşlı yarımmüdafiəçi həmin turnirdə 17 görüşə (11 təsnifat, 6 final) çıxıb.

Digər 13 futbolçu isə müxtəlif turnirlərdə - 2008, 2012 və 2016-cı il Avropa çempionatlarında 16 dəfə meydanda olub. Onların arasında Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu da var.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb