5 dekabr 2025. Cümə

Benzema 6 ildən sonra Fransa yığmasına çağırıla bilər


Benzema 6 ildən sonra Fransa yığmasına çağırıla bilər

"Real"ın futbolçusu Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinin heyətinə daxil edilə bilər.

Corner.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam 33 yaşlı hücumçunu komandaya dəvət etməyi nəzərdən keçirir.

Son qərar mayın 19-da Fransa Futbol Federasiyasının rəhbərləri ilə görüşündən sonra veriləcək.

Qeyd edək ki, 2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunub. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

Əlavə edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa millisi Almaniya, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb