- Avropa çempionatı
- 15:35 16.11.2025
“Borussiya”nın futbolçusu Marko Roys Avro-2020-ni buraxacaq.
Corner.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi “İnstagram” hesabında paylaşım edib. Dortmund təmsilçisinin almaniyalı kapitanı istirahətə ehtiyacının olduğu və yeni mövsümə daha yaxşı başlamaq istədiyi üçün AÇ-2020-də iştirak etməyəcəyini bildirib.
Almaniya millisində 44 oyuna çıxan Roys 13 qol vurub.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Almaniya yığması turnirdə Fransa, Macarıstan və Portuqaliya milli komandaları ilə qarşılaşacaq.