5 dekabr 2025. Cümə

AVRO-2020: İspaniya millisinə Real'dan futbolçu çağırılmadı


AVRO-2020: İspaniya millisinə Real'dan futbolçu çağırılmadı

İspaniya millisinin bu il keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

Corner.az-ın məlumatına görə, baş məşqçisi Luis Enrike yığmaya 24 futbolçu dəvət edib. 51 yaşlı mütəxəssis "Real"ın heç bir oyunçusuna dəvət göndərməyib. "Kral klubu"nun kapitanı Serxio Ramos zədə səbəbindən heyətdən kənarda qalıb.

Qapıçılar: David de Xea ("Mançester Yunayted", İngiltərə), Unay Simon ("Atletik"), Robert Sançes ("Brayton", İngiltərə)

Müdafiəçilər: Xose Qaya ("Valensiya"), Jordi Alba ("Barselona"), Pau Torres ("Vilyarreal"), Emerik Lyaport, Erik Qarsiya (hər ikisi "Mançester Siti", İngiltərə), Dieqo Lyorente ("Vilyarreal"), Sesar Asplikueta ("Çelsi", İngiltərə), Markos Lyorente ("Atletiko")

Yarımmüdafiəçilər: Serxio Buskets, Pedri (hər ikisi "Barselona"), Rodri ("Mançester Siti"), Tiaqo Alkantara ("Liverpul", İngiltərə), Koke ("Atletiko"), Fabian Ruis ("Napoli", İtaliya)

Hücumçular: Dani Olmo ("Leyptsiq", Almaniya), Mikel Oyyarsabal ("Real Sosyedad"), Alvaro Morata ("Yuventus", İtaliya), Jerar Moreno ("Vilyarreal"), Ferran Torres ("Mançester Siti"), Adama Traore ("Vulverhempton", İngiltərə), Pablo Sarabiya (PSJ, Fransa).

Qeyd edək ki, İspaniya millisi İsveç, Polşa və Slovakiya yığmaları ilə birlikdə E qrupunda yer alıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb