5 dekabr 2025. Cümə

Bu gün qardaşlarımızla oynayacağıq - Burak Yılmaz


Bu gün qardaşlarımızla oynayacağıq - Burak Yılmaz

"Azərbaycan bizə qardaş ölkədir. Bu gün azərbaycanlı qardaşlarımızla oynayacağıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Burak Yılmaz mətbuat konfransında deyib.

35 yaşlı futbolçu bildirib ki, AVRO-2020-nin oyunlarının Bakıda olması onların üstünlüyüdür: "Bu, bizim üçün böyük şans olacaq. Azərbaycandakı azarkeşlərimizə salam göndərirəm. Oraya qələbə ilə getmək istəyirik".

Qeyd edək ki, Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb