5 dekabr 2025. Cümə

Türkiyə yığmasının iki futbolçusu sıradan çıxdı


Türkiyə yığmasının iki futbolçusu sıradan çıxdı
Futbol üzrə Türkiyə millisi Azərbaycan yığmasına qarşı keçirilən yoldaşlıq matçında iki itki ilə üzləşib.

Corner.az xəbər verir ki, qapıçısı Altay Bayındır və yarımmüdafiəçi Halil Akbunar sıradan çıxıb.
 
Altay oyunun 72-ci dəqiqəsində zədələnib. 23 yaşlı qolkiper, millimizin hücumçusu Əli Qurbani ilə mübarizə zamanı ayağından xəsarət alıb və meydanı tərk edib.
 
Bundan təxminən 10 dəqiqə sonra, 81-ci dəqiqədə müdafiəçi Təmkin Xəlilzadə Halil Akbunara qarşı kobud oynayıb. Ayağından ağır zədə alan vinger meydanı xərəkdə tərk edib.
 
Qeyd edək ki, Türkiyə yığması bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Altay Bayındır millimizlə oyunda Türkiyə yığmasının heyətində debüt edib. Onunla yanaşı, komandasının ilk qolunu vuran Halil Dervişoğlu da yığmada debüt maçtına çıxıb. 21 yaşlı futbolçu millidəki ilk matçını qolla qeyd edib. Baş məşqçi Şenol Günəş Azərbaycanla oyunda Rıdvan Yılmazla Kerem Aktürkoğluna da debüt şansı yaradıb






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb